Previous Next
Bağla

Beynəlxalq kibertəhlükəsizlik konfransına qeydiyyat başladı

01-08-2017 10:52
Beynəlxalq kibertəhlükəsizlik konfransına qeydiyyat başladı

Məlumat verdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri-nin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransı  Bakıda keçiriləcək.

Konfransa dair ətraflı məlumatlar açıqlanıb.

Xeberler.az bildirir ki, konfrans 6-9 noyabrda Holiday İNN otelində baş tutacaq.

Konfransın 4 gün müddətində keçirilməsi nəzərdə tutulub. Tədbirin birinci günü OİC-CERT idarə heyətinin görüşü üçün nəzərdə tutulumuş qapalı görüş ilə başlayacaq.Tədbirin ikinci günü 100 nəfər yerli 100 nəfər xairici mütəxəsislərin iştirakı ilə 200 nəfərlik panel müzakirələri və təqdimatları olunacaq.

Panel müzakirələri və  təqdimatlar 4 əsas mövzunu əhatə edəcək:

Hidden Figures : Origin of the Threats (Management)

Gizli göstəricilər: Təhlükələrin mənşəyi (İdarəetmə) – Hər gün yenilənən hücum texnologiyaları artıq bütün insanları narahat edir. Yeni yaranan və daima yenilənən bu təhlükələri aşkar etməklə yanaşı şirkətlərin, qurumların, insanların hansı şərtlər daxilində bu təhlükəyə qarşı hazır olması hər kəsdə sual yaradır.  Bu sessiyada yeni təhlükə mənbələrindən, o cümlədən də  sosial mediadan gələn təhdidlər müzakirə olunacaq.

Session 2: Against the Dark Arts (Technical)

Qaranlıq Kiber Texnikalara Qarşı (Texniki) - Kiber cinayətkarlar mobil və tətbiq kimi müxtəlif platformalarda mövcud olan təhlükəsizlik boşluqlarına hücum etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Bitcoin və Block Chain texnologiyası da istifadəçilər üçün gizli bir təhlükə yaradan yeni maliyyə platforması kimi sürətlə inkişaf edir. Mövcud kiber təhlükəsizliyin qorunması potensial qurban ətrafında bir perimetr qurulmasına və hücumların qarşısını almaq üçün zərərin təyin olunmasına yönəlib. Bu sessiyada hucumların tarixçəsinə, davranışına, həyata keçirilmə mexanizminə və infrastrukturuna diqqət yetirməklə kiber hücumların azaldılmasında müxtəlif yanaşmaların müzakirəsi aparılacaq.

Yellow Brick Road (Policy and Process) 

Bulud texnologiyaları və "Əşyaların interneti" kimi yeni texnoloji inkişaf mərhələlələrinin gətirdiyi çoxsaylı yeni təhlükələr və boşluqlar gələcəkdə  informasiya təhlükəsizliyi sahəsindəki mübarizədə üstünlüyü xakerlərə verə bilər. Yeni texnologiyalar psixoloji zərərin yaranmasına gətirib çıxaran kiber və fiziki hücumlar arasındakı fərqləri seçilməz edəcək yeni kiber təhlükələrə səbəb ola bilər. Sessiyada bu yeni çağırışlara qarşı yeni mübarizə metodları, idarəetmə və təhlükəsizlik həllərinin tətbiq olunması müzakirə ediləcək.

Shedding the Lights (Management / Technical / Policy and Process) 

Təhlükələrin aşkarlanması (İdarə / Texniki / Siyasət və proses) - Gələcək təhlükələrin üstünü açmanın ən yaxşı yolu nə olacaq? Kiber təhlükələr haqda kəşfiyyat məlumatlarını bölüşmək təşkilatlar daxilində kiber müdafiə üsullarını ciddi şəkildə artıracaqmı? Real vaxt rejimində məsləhətləşmələr mümkün olacaqmı? Xakerlər nə dərəcədə təcrübəlidir və onların istifadələrində olan zərərvericilər hansı dərəcədə ziyankardır?  Bu sessiya gələcəkdə təhlükələri aradan qaldırmaq üçün informasiya mübadiləsi imkanlarını araşdırmaqla gündəmdə müzakirə olunan məsələlərə həsr olunacaq.

Tədbirin 3-cü və 4-cü günləri isə 35 nəfər yerli 35 nəfər xarici mütəxəssis olmaqla 70 nəfərlik quruplar üçün inforasiya təhlükəsizliyi mövzusunda xüsusi təlimlər keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər konfransın rəsmi səhifəsindən qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara konfransa 15 gün qalmış müvafiq dəvət göndəriləcək.  Qeyd edək ki, konfransın rəsmi dili ingilis dilidir.

Konfransın rəsmi veb səhifəsi.

Tədbirin proqramı.

Qeydiyyat keçidi

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023

Bakıda informasiya təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçiriləcək

01-05-2017

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

Azərbaycanda banklar və əhali üçün ən ciddi kibertəhlükələr

31-01-2023

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019

“Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

22-08-2023

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Bakıda kibertəhlükəsizlik ilə bağlı konfrans keçirilir

07-11-2017

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015

CERT yeni xidmət təqdim edib

19-05-2016

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

16-10-2019

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023

Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

09-06-2016

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

Bank hakerlərin hücumuna məruz qalıb

13-07-2018

Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

08-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə