Bu parklarda da pulsuz Wi-Fi olacaq

12-10-2017 / 15:40

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Baktelecom tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsini genişləndirməyə davam edir.

Xeberler.az-ın məlumatına görə, yaxın zamanda  İzmir parkı və Nərimanov metrosunun yaxınlığındakı parkda da pulsuz internet xidməti istifadəyə veriləcək.

Qeyd edək ki, “İctimai İnternet” layihəsi üzrə pulsuz Wi-Fi xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötüb.

“İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər, Hüseyn Cavid və Dədə Qorqud, Səməd Vurğun , Dədə Qorqud parkı və Muğan bağlarını aktiv edilib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.