CERT-dən kompüteri kənar müdaxilələrdən qoruyan yeni xidmət

22-01-2016 / 16:27

Hər zaman informasiya təhlükəsizliyi sahəsindəki xidmətləri ilə qarşınıza çıxan Cert.gov.az bu dəfə də daha fərqli bir layihə üzərində işləyir.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, aprel ayına istifadəyə verilməsi nəzərdə tutulmuş Multi-funksional Analiz Programı  Azərbaycanda bu sahədə bir ilk proqram təminatı olaraq virus aşkarlama motoru, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama, məlumatlandırma modulu və bir sıra bu kimi funksionallıqlarla fəaliyyət göstərəcək.

Proqramın aprel ayında hazırlanması isə təsadüfi deyil.

Belə ki, təqdimatın aprel ayına planlaşdırması həm də Cert.gov.az-ın istifadəçilərinə ad gün hədiyyəsi olacaq.

 Qeyd edək ki, Mərkəz 2008-ci il aprel ayından formalaşmağa başlayıb.

Mərkəz yaranmasından bü günə qədər həmişə informasiya təhlükəsizliyinin vacibliyinin, sərhəd tanımaz xüsusiyyətini dərk edib ona görə də bilik və bacarıqların mübadiləsini üçün həmişə beynəlxalq əməkdaşlığa açıq olub.

Belə ki, Mərkəz 2011-ci ildə FİRST[2], 2012-ci ildə CERT C/C[3] və TF-CSİRT[4], 2013-cü ildə OİC-CERT[5] beynəlxalq təşkilatlarına tam hüquqlu üzv olub. Ümumilikdə Cert.gov.az - 6 beynəlxalq təşkilat, 9 ölkə, 1 institut, 5 labaratoriya olmaqla 21 müxtəlif mərkəzlərlə qarşılıqlı razılaşma əsasında informasiyia təhlükəsizliyi sahəsində əməkdaşlıq edir[6]. Mərkəzin fəaliyyət istiqamətlərinin formalaşdırılmasında informasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübədən, real təhditlərin analizindən, ISO/IEC 27001 ailəsi standartlarından, Rasim Əliquliyevin "İnformasiya Təhlükəsizliyi İnsidentləri"[7] Rəşad Həmzəyev və Yadigar İmamverdiyevin “Elm kompyuter şəbəkəsi üçün CERT-komandasının yaradılması” [8] mövzulu tədqiqatlarından həmçinin “ENİSA”nın “Good Practice Guide for Incident Management” mövzulu təlimatlarından[9] istifadə olunub.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi - Cert.gov.az, statik və dinamik xidmətlərlə hazırda 12 istiqamətdə fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti ilə bağlı haha ətraflı burada.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.