Dünyanı Azercell ilə səyahət et!

04-06-2019 / 15:38

Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.

Xeberler.az bildirir ki, rominq zamanı internet xidmətindən istifadəni abunəçiləri üçün daha əlçatan və rahat etməyi hədəfləyən Azercell, müştərilərinin xaricdə faydalana biləcəyi yeni Aylıq Rominq İnternet Paketini təklif edir. Beləliklə, artıq Azercell abunəçiləri 39.90 AZN ödəməklə 3 GB həcmində Aylıq Rominq İnternet Paketlərindən yararlana biləcəklər.

Qeyd edək ki, Azercell abunəçiləri Günlük 100 MB həcmində Rominq İnternet Paketini 3.90 AZN, 3 günlük 400 MB həcmində Rominq İnternet Paketini 9.90 AZN və 14 günlük 1 GB həcmində Rominq İnternet Paketini 19.90 AZN ödəməklə sifariş edib, gözlənilməz internet xərclərinin qarşısını almaq fürsətindən istifadə edə bilərlər.

Azercell-in Rominq İnternet paketləri dünyanın 53 ölkəsində fəaliyyət göstərən 80 operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan və Moldova kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac duymadan, istənilən şəbəkədə internet xidmətindən istifadə etmək imkanına malikdirlər.

Dünyanı Azercell-in ən sərfəli Rominq İnternet Paketləri ilə səyahət edin! Sizə ən uyğun Rominq İnternet Paketini seçib, bu yay rominqdə Azercell-lə onlayn olun!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə