Previous Next
Bağla

Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi

03-08-2018 14:25
Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi

Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan Azercell Telekom təklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir.

Xeberler.az məlumat verir ki, artıq Azercell abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsində sərfəli mobil internet xidmətlərindən faydalana bilər.

Belə ki, cari ilin iyul ayının əvvəlində Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni İnternet Rominq Paketlərini təqdim edib. Şirkətdən verilən rəsmi məlumata əsasən, Azercell abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricən səsli rabitədən mobil internet rabitəsinə keçid davam edir.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür. Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

  • Sərfəli
  • Xərclərə nəzarət
  • Sadəlik

Bildirək ki, Azercell rominq həlləri sahəsində rahat və sərfəli təkliflər təqdim etməkdə davam edir. İndi isə Azercell müştərilərinə cəmi 19.90 manata dünyanın 44 ən çox səfər olunan ölkəsində 14 təqvim günü ərzində istifadə edilə bilən 1GB həcmində rominqdə internet paketini təqdim edir.

Ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet hesabını səyahətdən öncə bil

04-07-2018

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019

Azercell ilə rominqdə onlayn ol

17-01-2019

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azercell abunəçilərini sevindirməyə davam edir

19-03-2019

Nar-dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri

25-12-2019

Azercell-lə rominq artıq daha sərfəli

23-06-2016

Azercell 10 AZN-ə 15 dəq rominq xidməti təklif edir

22-05-2015

Nar nömrə ilə xaricdə WhatsApp pulsuzdur

18-03-2019

Nar-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

12-12-2018

Azercell-dən rominqdə olanlar üçün endirimli vahid qiymət

02-08-2016

Nar rominqdə 4G xidmətinin əhatəsini genişləndirir

27-10-2016

Yay tətilində xaricə üz tutanlar üçün Nar-dan sərfəli rominq paketləri

22-06-2019

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019

"Azercell"in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin

06-10-2021

Azercell-dən Yeni İl kampaniyası

26-12-2016

Nar ilə rominqə qoşul, səyahətdən zövq al

01-08-2019

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

26-10-2016

Nar rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

19-07-2016

Nar-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi

11-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə