E-imza sertifikatlarının sayı açıqlandı

09-02-2016 / 10:30

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən ilin dekabr ayı üçün dövlət qurumları üzrə 664, fiziki şəxslər üzrə 134, hüquqi şəxslər üzrə isə 248 elektron imza sertifikatı istifadəyə verilib.

MHM-dən Xeberler.az-a verilən məlumata görə,  bu  ilin yanvar ayı ərzində isə bu göstərici dövlət qurumları üzrə 1004, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 224 olub.

Fevralın 1-nə olan statistikaya əsasən isə dövlət qurumları üzrə 48594, fiziki şəxslər üzrə 15872, hüquqi şəxslər üzrə isə 13820 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə isə bu günə qədər RYTN-nın Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan e-imza sertifikatlarının sayı 78510-a çatıb.

Qeyd edək ki, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza kartları vasitəsilə imzalanıb.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.