Previous Next
Bağla

6 ayda 10 mindən çox e-imza istifadəyə verilib

15-07-2017 12:32
6 ayda 10 mindən çox e-imza istifadəyə verilib

Toplam 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb.

Xeberler.az-ın məlumatına görə, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10.582-yə çatıb.

Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 “Elektron imza” sertifikatı düşür.

Son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69.422, fiziki şəxslər üzrə 19.792, hüquqi şəxslər üzrə isə 21.584 olmaqla, ümumilikdə 110.798 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18.858.500, hüquqi və fiziki şəxslər üzrə toplam 4.777.203 olmaqla, ümumilikdə 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5.782.910 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24.47%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4.062.106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.720.804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir.

O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığımızın və təhlükəsizliyimizin təminatçısına çevrilib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bir ayda 3 mindən çox e- imza istifadəyə verilib

04-05-2017

Elektron imza ilə nə qədər əməliyyat aparılır?

09-03-2017

Elektron imza sertifikatlarının sayı 97 mini ötdü

19-10-2016

2018-ci ildə nə qədər E-imza sertifikatından istifadə edilib?

11-01-2019

Bu il 20 mindən artıq elektron imza verilib

25-07-2019

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

Elektron imza serfikatlarının sayı açıqlandı

08-08-2016

Elektron imza-dan istifadə sayı 13 milyonu keçdi

04-06-2016

E- imza sertifikatlarının sayı 100 mini keçdi

17-02-2017

E-imza sertifikatlarının sayı açıqlanıb

09-07-2018

E-imza sertifikatlarının sayı açıqlandı

09-02-2016

26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

11-01-2018

2020-ci ildə e-imza sertifikatlarına tələbat 32 faiz artıb

13-01-2021

Azərbaycanda "e-imza" istifadəçilərinin sayı kəskin artıb

28-08-2020

Azərbaycanda elektron imza sahiblərinin sayı 35 faiz artıb

19-01-2016

Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016

Ötən il 23 mindən çox e-imza sertifikatı istifadəyə verilib

09-01-2017

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Elektron imzaların sayı açıqlandı

10-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə