Elektron çıxarışın xüsusiyyətləri mövzusunda təqdimat keçiriləcək

15-04-2019 / 10:21

Aprelin 18-dən artıq çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Kağız çıxarış dövrünə son qoyulur.

Xeberler.az  bildirir ki, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat keçiriləcək. Tədbir aprelin 16-sı saat 13:30- da baş tutacaq. Tədbirin keçirilməsində məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. İctimai Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri media nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, tədbir aprelin 16-sı saat 13:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20, Ulduz metrosunun yanı) keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər (+994) 050-235-30-33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.