Previous Next
Bağla

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019 13:00
Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.

Xeberler.az  bildirir ki, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.

Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Qeyd edilməlidir ki, mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.

Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı risklər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirir. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.

Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını artırır. Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə daşınmaz əmlakın daha rahat yolla qeydiyyata alınması işi davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017

Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

12-04-2019

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

20-09-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

02-10-2019

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

13-09-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə