Bölgələrdə “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək

20-10-2016 / 12:55

Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək. 

Xeberler.az bildirir ki, 21-22 oktyabr Bərdə və Tərtər, 4-5 noyabr tarixlərində isə Ağdam və Goranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd "Elektron hökumət", elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən təşkil olunan seminarlar məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaflığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstək məqsədi daşıyır.
 
Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərlər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə