Əsəbləri pozan oyun istifadəyə verildi

29-06-2015 / 14:04

Google Play Store-da yerini alan, ilk baxışda əyləncəli görünən, lakin sonralar isə əsəb pozan və hətta telefonu qırmağı belə istəyəcəyiniz Running Circles oyunu istifadəçilərə təqdim edilib.

Xəbərlər-in məlumatına görə, oyun ödənişsiz olaraq yüklənilir, ancaq oyunun pulsuz versiyasını yükləsəniz oyunun hissələrini sizin açmağınız lazım olacaq. Əgər 4,99 dollar ödəsəniz oyunun asan rejimini satın ala bilər və ya 9,99 dollar kimi bir ödəmə edərək oyunun bütün hissələrini aça bilərsiniz.

Running Circles təxminən 27 MB ölçüsündə bir oyundur və oyunun məqsədi isə dairənin içərisində qaçan kiçik bir cisim digər dairənin içərisinə keçirə bilmək üçün dairələrin kəsişmə nöqtələrindən bu qaçan cismi digər dairənin içərisinə keçirərək dairənin içərisindəki qızılları və bonusları aldıqdan sonra təkrar digər dairənin içərisinə keçidini təmin etməkdir. Bundan əlavə, oyunun daxilində multi-player funksiyası da mövcuddur. Oyunu həm tək, həm də dostlarınızla oynaya bilərsiniz.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə