Böyük Britaniyanın Safestore şirkəti ən bahalı, nadir video oyunların siyahısını dərc edib.
Xeberler.az AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən məlumat verir ki, Gamma Attack — Atari 2600 oyunu Gammation şirkəti tərəfindən istehsal edilmiş yeganə oyundur. Bazarda bu unikal oyunun yalnız bir kartricinə rast gəlinib. Bu səbəbdən o, ən bahalı, təxminən 500 000 dollar dəyərində olan oyundur.
Stadium Events — NES idman oyunu üçün xüsusi interaktiv xalça lazımdır. Oyunçu bu xalça üzərində 4 olimpiya idman növlərində iştirak edərək qaçmalı və ya tullanmalıdır. Bu oyunu 35000 dollara əldə etmək mümkündür.
Birthday Mania — Atari 2600 bir sıra mini-oyunlardan ibarət nadir oyundur. Oyunun qiymətini onun qablaşdırılması ilə də müəyyən etmək olar: qablaşdırmanın görüntüsü qədər yaxşıdırsa, qiyməti də o qədər yüksəkdir. 1984-cü ildə Birthday Mania işıq üzü görəndə 20 dollar dəyərində idisə, bu gün onun qiyməti 35 000 dollardır.
Air Raid — Atari 2006 oyununda Manhettenə hücüm edən yadplanetli uçan boşqabları vurmaq lazımdır. Əsas məsələ binalardan hər birinə 12 dəfədən çox vurmağa imkan verməməkdir. Bu gün oyun 33 500dollar dəyərindədir.
Super Mario Bros Asia Cover — NES demək olar ki, hər qeymera tanış olan oyundur. Yüksək qiymət oyunun məhz ingilis və çin dilinin kanton dialektində yazılmış asiya versiyasına aiddir. Onun qiyməti 22 000 dollardır.
Bir neçə mini-oyundan ibarət olan Nintendo World Championships Gold Edition — NES-ə Tetris, Rad Racer və Super Marion Bros oyunları daxildir. Oyunun “qızıl” nəşri satışa daxil olmurdu, yalnız Nintendo Power jurnalının müsabiqəsində qalib gələnlərə mükafat kimi verilirdi. Bu səbəbdən oyun nadir tapılır və qiyməti 21 000 dollar təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri