Expressbank yeni elektron pul kisəsini təqdim edib

08-10-2015 / 12:26

ExpressPay ödəniş sistemi üzrə Azərbaycanda yeni elektron pul kisəsi istifadəyə verilib.

Expressbank ASC-dən Xeberler.az-a verilən məlumata görə, ExpressPay pul kisəsi ilə istifadəçilər günün istənilən saatı mobil telefonları vasitəsi ilə ödəniş edə, həmçinin pul köçürmələri həyata keçirə bilərlər. Bunun üçün telefona ExpressPay mobil applikasiyasını yükləmək (Android və iOS əməliyyat sistemləri) və ExpressPay terminalları vasitəsi ilə vəsait yerləşdirmək kifayətdir.

ExpressPay pul kisəsində avtomatik ödənişlərin və ödənişlər şablonunu yaratmaq da mümkündür. Bundan əlavə aparılmış ödənişlərin tarixçəsi, eləcə də hər əməliyyat üzrə qəbzi görmək və ya elektron ünvana göndərmək mümkündür.

Pul kisəsi vasitəsi ilə hazırda Expressbank-a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişləri həyata keçirmək mümkündür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə