Facebookdan nə qədər azərbaycanlı istifadə edir?

22-07-2010 / 22:43

Azərbaycanda isə son 3 ayda facebook istifadəçilərinin sayı 21% artıb. (  http://www.bbc.co.uk/azeri/news/story/2010/07/100722_facebookaz.shtml )

 Facebakers.com saytının statistikasına görə, hazırda Facebookun Azərbaycandan olan iştifadəçilərinin sayı 184 660-dır. Onlardan 62% kişi, 38%-i isə qadındır.

18-24 yaşlılar Facebookdan daha çox (49 faiz) istifadə edənlərdir. İstifadəçilərin yaşı 13-dən 54 yaş arasında dəyişir. 65 yaşdan yuxarı olanlar isə bölgünün 1 faizidir.

55-64 yaşlılar arasında isə Facebook istifadəçisi yoxdur.

Facebook sosial şəbəkəsini 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq yaradıb.

Sayt istifadəçilər tərəfindən yaradılan şəkilli, şəxsi və ictimai məlumatlarını və maraqlarını əks etdirən profillərdən ibarətdir. Digər istifadəçilərlə- yəni "dostlarla əlaqə" şəxsi və açıq yazılan ismarıclar və çat formasındadır.

İstifadəçilər həm də müxtəlif qrup və səhifələr yarada və ya azarkeşlik edə bilərlər.

mənbə: www.bbc.co.uk

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə