Previous Next
Bağla

"Facebook"da azərbaycanlı istifadəçilərin sayı 203 mini keçib

08-09-2010 12:45
"Facebook"da azərbaycanlı istifadəçilərin sayı 203 mini keçib

Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir

İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan "Facebook" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında  97-ci yerdə qərarlaşıb.  Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır. Siyahıda irəliləmə müşahidə olunub, çünki son üç ayda ( iyulun 1-dən sentyabrın 1-dək) 29 460 əlavə azərbaycanlı "Facebook"a qoşulub və bu göstərici ilə 14.46 %  çoxalmağa doğru inkişaf tempi qeydə alınıb. Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir. Çünki onlar ümumi  ölkə üzrə istifadə edənlərin 48%-ni təşkil edirlər. Maraqlı cəhət bundan ibarətdir ki, yaşı 65-dən çox olan azərbaycanlılar "Facebook"da 1% təşkil edirlər. Sosial şəbəkənin ölkədəki daxilə enmə nüfuzu 0% -lə qiymətləndirilib, ölkənin onlayn popuryarlığının nisbəti faizi isə göstərilməyib.

Qafqaz ölkələri ilə müqayisədə yalnız Azərbaycan Ermənistanı geridə qoyur. Ermənistan 79 200 istifadəçi ilə 125-ci yerdədir. Digər Qafqaz ölkələri olan  Rusiya 1 592 000 isitfadəçisi ilə  52-ci, Gürcüstan  358 320 istifadəçi sayına görə 86-cı yerdədir. Bu göstəricilər hər an dəyişə bilir. "Facebook" rəhbərliyi bu götəriciləri avtomatik qoşulmuş sayğacla özü tənzimləyən sistemlə hesablayır. Bununla da ölkələrin siyahıda  gösətircilərə əsasən enməsi və yüksəlməsi, yerlərini dəyişməsi baş verir.

Hal-hazırda dünya üzrə "Facebook" istifadəçilərinin sayı 524 milyon 066 min 560 nəfərdir. Göstəricilərin rəqəmlər qitələr üzrə bölündükdə belə nəticəyə gəlinir:

1. Şimali Amerika 169 milyon 723 min 960 istifadəçi
2. Cənubu Amerika 49 milyon 257 min 840 istifadəçi
3. Avropa 159 milyon 427 min 860 istifadəçi
4. Asiya 105 milyon 631 min 400 istifadəçi
5. Afrika 17 milyon 818 min 380 istifadəçi
6. Avtraliya və Okeaniya 11 milyon 408 min 140 istifadəçi

mənbə: Qaynar.info

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
'Facebook'dan ən çox istifadə edən ölkə hansıdır?

'Facebook'dan ən çox istifadə edən ölkə hansıdır?

02-09-2010
Facebook-da Azərbaycanlıların sayı 400 mini keçib

Facebook-da Azərbaycanlıların sayı 400 mini keçib

01-07-2011
Azərbaycanda nə qədər Facebook istifadəçisi var?

Azərbaycanda nə qədər Facebook istifadəçisi var?

07-03-2012
Azərbaycanda əhalinin 2,6%-i "Facebook" istifadəçisidir

Azərbaycanda əhalinin 2,6%-i "Facebook" istifadəçisidir

19-10-2010
Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

07-02-2011
Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

15-07-2008
"Facebook" yarım milyarda yaxınlaşır

"Facebook" yarım milyarda yaxınlaşır

18-05-2010
Azərbaycan Prezidentinin internetdə fəaliyyətini əks etdirən resursların statistikası açıqlanıb

Azərbaycan Prezidentinin internetdə fəaliyyətini əks etdirən resursların statistikası açıqlanıb

19-03-2014
Aylıq 750 milyon aktiv istifadəçi

Aylıq 750 milyon aktiv istifadəçi

25-06-2011
Facebook-da 3 dəqiqə ərzində 200 min istifadəçi adı qeydə alınıb

Facebook-da 3 dəqiqə ərzində 200 min istifadəçi adı qeydə alınıb

15-06-2009
Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

04-05-2014
Facebookun tarixi

Facebookun tarixi

23-10-2010
«Facebook» «Google»ni geridə qoydu

«Facebook» «Google»ni geridə qoydu

19-09-2010
Mobil İnternet-istifadəçilərin onundan doqquzu kişilərdi

Mobil İnternet-istifadəçilərin onundan doqquzu kişilərdi

28-06-2008
Atatürk Eminemi geridə qoydu

Atatürk Eminemi geridə qoydu

16-10-2010
60 min porno sayt bağlandı

60 min porno sayt bağlandı

29-11-2010
60 saniyədə internet platformalarında nə baş verir ?

60 saniyədə internet platformalarında nə baş verir ?

18-07-2019
“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

15-01-2011
“Azərbaycan Sənaye Bankı” artıq “Facebook”da

“Azərbaycan Sənaye Bankı” artıq “Facebook”da

30-09-2010
FarmVille Twitter-i geridə qoydu

FarmVille Twitter-i geridə qoydu

04-12-2009
1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015
Azərbaycan Facebookda Ermənistanı qabaqladı

Azərbaycan Facebookda Ermənistanı qabaqladı

05-01-2011
Facebook istifadəçilərini itirir

Facebook istifadəçilərini itirir

09-07-2010
Azərbaycanda Facebook istifadəçilərinin sayı 6 faizdən çox artıb

Azərbaycanda Facebook istifadəçilərinin sayı 6 faizdən çox artıb

11-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə