Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

28-09-2018 / 11:49

“Transdev” şirkəti ABŞ-ın Florida ştatının Bebkok-Renç şəhərində sürücüsüz məktəbli avtobusunu istifadəyə verib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, avtobus məhdud ərazi üzrə hərəkət edəcək və müəyyənləşdirilmiş yerlərdə dayanacaq. Sınaq dövrü ərzində salonda təkcə uşaqlar deyil, eyni zamanda hərəkətin təhlükəsizliyini izləyəcək şirkətin mühəndisi olacaq.

Məlumata görə, nəqliyyat vasitəsi texniki baxımdan saatda 48 km sürətlə hərəkət edəcək, lakin pilot layihəsində onun sürəti 13 km/saatadək məhdudlaşdırılıb. Gələcəkdə şirkət avtobusun fəaliyyət zonasını genişləndirməyi və onu istənilən evə çağırmaq məqsədilə smartfonlar üçün proqram yaratmağı planlaşdırır.

Qeyd edək ki, dünyanın ilk ekoloji təmiz şəhəri olan Bebkok-Rençdə evlər ən yeni yaşıl texnologiyalardan istifadə edilməklə tikilib, restoranlar “fermadan masaya” prinsipi üzrə fəaliyyət göstərir, bütün infrastrukturu günəş enerji stansiyası təmin edir. Bundan başqa, şəhər xidmətlərinin işçiləri küçələrdə elektromobillər vasitəsilə hərəkət edirlər.  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.