Previous Next
Bağla

İsraildə yüksəksürətli hava qatarı tikiləcək

24-09-2018 16:06
İsraildə yüksəksürətli hava qatarı tikiləcək

İsrailin sürətlə inkişaf edən Netaniya şəhərində ölkədə ilk maqnitoplan – “hava qatarı” (Skytrain) qurulacaq. O, hava nəqliyyatı ilə rəqabət aparmaq iqtidarında olacaq.

Xeberler.az  bildirir  ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, maqnitoplan 2-3 nəfərlik sərnişin tutumuna malik kapsul formasında “marşrut taksiləri”dir və 25 metr hündürlükdə (təxminən 7-8 mərtəbəli bina səviyyəsində) hərəkət edəcəklər. Sərnişinlər minmə məntəqələrinə liftlər vasitəsilə qaldırılacaq.  

Netaniya meri səlahiyyətlərini icra edən Eli Dalyala hesab edir ki, “Skytrain” təkcə sürət və tıxacın qarşısını almaq kimi üstünlüklərə malik deyil.

“O, ətraf mühiti çirkləndirməyən maqnit mühərrik vasitəsilə hərəkət edir. Belə nəqliyyatın istismar xərcləri digər şəhər nəqliyyat növləri, o cümlədən metro ilə müqayisədə yüksək deyil. “Skytrain” xətlərini mövcud nəqliyyat arteriyaları üzərində çəkmək planlaşdırılır və monorels şəbəkəsi yaradıldıqdan sonra şəhərin istənilən nöqtəsinə getmək mümkün olacaq”, - mer qeyd edib.

Bildirilir ki, yolun 650 metr uzunluğunda ilk eksperimental hissəsi yaşayış mikrorayonlarından birini dəmir yolu vağzalı ilə birləşdirəcək. Monorelsli yol xüsusi gərginlikli şəhər şosesini iki hissəyə böləcək və sənaye zonası üzərindən keçəcək.

Maqnitoplanı relslər üzərində elektromaqnit sahəsinin gücü saxlayacaq. Belə qatar ənənəvi qatarlardan fərqli olaraq hərəkət zamanı rels səthinə toxunmur və 300 km/saat sürətlə hərəkət edir.  

Layihələndirmə işləri artıq başa çatıb. Meriya nümayəndələrinin fikrincə, yolun ilk hissəsinin tikintisinə 20 milyon şekel (təxminən 6 milyon dollar) tələb olunacaq. Dövlət tərəfindən vəsait ayrılmayacağı təqdirdə xarici sərmayədarın cəlb edilməsi üçün müsabiqə elan ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

12-10-2023

Səhradan keçən ilk yüksəksürətli dəmir yolu istismara verilib

26-09-2018

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015

Virtual relslər üzərində hərəkət edən qatarlar

16-06-2017

Niderlandda sürücüsüz şəhərətrafı avtobusdan istifadə olunur

03-02-2016

Siemens elektromagistral tikintisinə başlayıb

24-08-2017

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Dünyanın ilk üzən şəhəri tikiləcək

14-04-2015

Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

28-09-2018

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025

Gələcəyin avtobusu sınaqdan keçirilib

04-08-2016

Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015

Uçan taksi nümayiş edilib

11-05-2018

Hava Limanı ekspress avtobuslarında Wi-Fi xidməti istifadəyə verilib

21-01-2025

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024

İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

04-04-2019

Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?

05-07-2022

İlk uçan elektrik avtomobili-Video

24-04-2017

270 km/saat sürətlə hərəkət edən qatarda İnternet

25-12-2008

Fransa texnologiya sahəsində daha bir ilkə imza atıb-Video

07-02-2017

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsi sınaq uçuşu edib

11-11-2015

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

27-06-2022

Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

27-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə