Google itən və oğurlanan telefonları tapacaq

10-08-2017 / 14:13

Google axtarış sistemində itirilmiş və ya oğurlanmış smartfonlar və planşetlərin yerini müəyyən etmək mümkündür.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bunun üçün ilk növbədə Google-un saytına və mobil qurğuda istifadə olunan hesaba daxil olmaq, sonra axtarış sətirində rus və ya ingilis dilində “Mənim telefonum haradadır?” sorğusunu daxil etmək lazımdır.

Xidmət cavab olaraq qurğunun yerinin göstərildiyi xəritəni təqdim edəcək. Funksiyanın tam işləməsi üçün qurğuda Google proqramı quraşdırılmış, xatırlatmalar, veb-axtarış və proqramların tarixi, xəbərdarlıqlar aktivləşdirilmiş olmalıdır.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.