Google şirkəti istifadəçilərə axtarışın nəticələrində səhifələrin yerini dəyişməyə imkan verən servis təqdim edib. SearchWiki adlanan həmin xidmətdən bütün Gmail istifadəçiləri yararlana bilər.
SearchWiki-nin köməyi ilə axtarış nəticələrində istənilən saytı yuxarıya qaldırmaq olar. Həmçinin həmin servis, istifadəçinin fikrincə, lazımsız səhifələri axtarışın nəticələrindən çıxartmağa imkan yaradır.
Qeyd edək ki, dəyişdirilmiş nəticələri yalnız həmin dəyişiklikləri yerinə yetirmiş istifadəçi görə bilər. Google-un bütün digər istifadəçiləri analoji axtarış sorğusunu daxil edərkən standart nəticələrlə işləyirlər.
Bundan əlavə SearchWiki istifadəçiləri dəyişdirilmiş nəticələrlə bölüşə bilərlər. Bunun üçün müvafiq düyməni basmaq lazımdır. Bundan sonra, həmin sorğu üzrə istifadəçilər tərəfindən digər dəyişikliklərə baxmaq olar.
mənbə: mincom.gov.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri