Google indi də səsdən anlayır
Google rəsmi olaraq 3 yeni funksiyanın istifadəyə verildiyini açıqlayıb.
Səsli axtarış istifadəçilərə hələ ki ingilis dilində olan ifadələri axtarmaq imkanı verir. Bunun üçün Google Chrome 11 ( və daha sonrakı versiyalar) istifadəçiləri axtarış tənzimləmələri bölməsində ana dili kimi ingilis dilini seçməlidirlər. Bundan sonra axtarış formasının qarşısında yaranan mikrafon işarəsindən istifadə edərək istədikləri axtarışı apara bilərlər. Şirkət iddia edir ki, sistem 230 milyard söz konbinasiysını tanıyır və yalnız sözlərdə deyil, həm də söz birləşmələrində axtarış imkanına malikdir. Bu sitem vasitəsilə Google tərcüməçisindən də istifadə etmək mümkündür. Belə ki, «translate to azerbaijani where can I read İT news» əmri nəticəsində sistem "where can I read İT news" mətnini Azərbaycan dilinə tərcümə edir. Bu yalnız ingilis dilindən olan mətnlərə aiddir. Funksiya gizli səs tanınma sistemi vasitəsilə reallaşdırıldıöından onun digər brauzer tərəfindən istifadə oluna biləcəyi haqqında heç bir məlumat yoxdur...
Şəkillə axtarış sistemi üçün heç bir dil məhdudiyyəti yoxdur. Funksiyanı istifadə etmək üçün images.google.com ünvanına daxil olmaq və axtarış formasının sağ tərəfində yerləşən şəkil piktoqramının üzərində vurmaq lazımdır... açılan pəncədədə həm internetdə olan hər hansı şəklin ünvanını göstərə, həm də komputerinizdə olan şəkli yükləyərək axtarış apara bilərsiniz. Funksiya Opera istisana olmaqla bütün tanınmış brauzerlərdə (Chrome, Firefox və Safari) işləyir. Şirkətdən verilən məlumata görə bu funksiya vasitəsilə şəkildə olan məkanı da müəyyən etmək mümkündür...
Ani səhifə yüklənməsi axtarış vaxtını minimuma endirir. Axtarış zamanı tapılan nəticələrin səhifələri avtomatik olaraq yüklənir və istifadəçi keçiddən istifadə edərkən hər keçid üçün 2-5 saniyə vaxta qənaət etmiş olur...