Heydər Əliyev Mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

09-04-2019 / 11:37

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır.

Xeberler.az  bildirir ki, məsələ ilə əlaqədar, cari ilin 8 aprel tarixində Bakı şəhəri Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilmişdir.

İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və bu kimi məsələlər müzakirə olunmuşdur.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə veb-portalın hazırlanması ilə məşğul olan müvafiq İT-şirkətinin nümayəndələri, Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin direktorları və veb-portalın təşkili ilə məşğul olacaq operatorlar iştirak etmişlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə