Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

31-03-2022 / 18:31

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin aprel ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.

Xeberler.az bildirir ki, vətəndaşların qəbulu 8 aprel 2022-ci il tarixində saat 10:00-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95) keçiriləcək.

Nazir adı çəkilən bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 7 aprel 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ( [email protected] ) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Sabirabad, Saatlı və İmişli Telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə