Previous Next
Bağla

Heydər Əliyev mərkəzlərinin informasiya portalının təqdimatı keçirildi

10-05-2019 12:47
Heydər Əliyev mərkəzlərinin informasiya portalının təqdimatı keçirildi

Mayın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalının (http://heydaraliyev-centers.az) təqdimat mərasimi keçirildi.

Xeberler.az bildirir ki, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Heydər Əliyev Mərkəzi ümummilli liderin siyasi irsinin araşdırılması, təbliğ olunması sahəsində böyük işlər həyata keçirir: “Bir neçə istiqamətdə fəaliyyət göstərən mərkəz istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkana çevrilib. Mərkəz həmçinin Azərbaycan həqiqətlərinin, tariximizin, mədəniyyətimizin ölkə hüdudlarından kənarda da təbliği və təşviqi istiqamətində layihələr həyata keçirir”.

Heydər Əliyev mərkəzlərinin informasiya portalının istifadəyə verilməsini yüksək qiymətləndirən Adil Kərimli dedi ki, bu layihə mərkəzlər fəaliyyətini çevik izləmək imkan yaradacaq. İnformasiya portalı eyni zamanda Heydər Əliyev mərkəzləri arasında sıx əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkili üçün xüsusi önəm daşıyır.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev mərkəzlərinin fəaliyyətindən söz açdı. Bildirdi ki, bu gün Heydər Əliyev mərkəzləri ölkəmizin 60 şəhər və rayonunu əhatə edir. Unikal memarlıq üslubunda tikilən bu mərkəzlər rayonların ən gözəl tikililərindən sayılır və yerli əhalinin, gənclərin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir.

Qeyd olundu ki, Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir. Mədəniyyət Nazirliyi bu mərkəzlərin fəaliyyətini bir pəncərədə birləşdirmək, onların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə interaktiv veb-portal hazırlayıb.

Rafiq Bayramov vurğuladı ki, rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı bu mədəniyyət ocaqlarının fəaliyyətinin günün tələblərinə uyğun səviyyədə qurmağa kömək edəcək, stimullaşdıracaq, Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində yeni-yeni nailiyyətlərə sövq edəcək.

Sonra portalın təqdimatı oldu. Məlumat verildi ki, portal Heydər Əliyev mərkəzləri haqqında bütün zəruri məlumatları özündə ehtiva edir. Portalda hər mərkəzin öz səhifəsi var. Burada mərkəzin yaradılması, binası, bu müəssisəyə dair sənədlər, rəhbərlik və əməkdaşlar, muzey sahələri, qalereya, kitabxana, dərnəklər, kurslar və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, hər mərkəzin səhifəsində Heydər Əliyevin həmin rayona səfərləri, bölgənin sosial-iqtisadi həyatında oynadığı rol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, mərkəzə yaxın mədəniyyət müəssisələri və rayon haqqında məlumatlar da yer alır.

Portalın ən böyük üstünlüyü Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlərin, rayonun sosial-iqtisadi, siyasi həyatına dair vacib xəbərlərin operativ şəkildə ictimaiyyətə təqdim edilməsidir. Bu isə ay ərzində çoxsaylı informasiyanın dövriyyəyə daxil olmasına, müasir informasiya texnologiyalarından istifadənin asanlaşmasına töhfə olacaq.

Təqdimatdan sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənovanın mərkəzlərin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxışları dinlənildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev Mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

Heydər Əliyev Mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

09-04-2019
İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

29-01-2011
"Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının qalibləri mükafatlandırılıb

"Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının qalibləri mükafatlandırılıb

21-10-2023
ASAN Könüllüləri Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

ASAN Könüllüləri Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

10-05-2019
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda tikilən kompüter–tədris mərkəzi istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda tikilən kompüter–tədris mərkəzi istifadəyə verilib

08-10-2008
Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016
İspan dilində Heydər Əliyevə həsr olunmuş sayt yaradıldı

İspan dilində Heydər Əliyevə həsr olunmuş sayt yaradıldı

10-12-2010
ASAN Könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anırlar

ASAN Könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anırlar

07-05-2019
Muzey əşyalarının daimi mühafizə portalının treninqi keçirilib

Muzey əşyalarının daimi mühafizə portalının treninqi keçirilib

16-07-2019
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

12-12-2022
Sosial layihəyə start verildi

Sosial layihəyə start verildi

21-08-2018
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2015
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

10-05-2023
Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023
COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

08-11-2024
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024
Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

12-12-2018
Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşları mayın 20-də qəbul edəcək

Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşları mayın 20-də qəbul edəcək

17-05-2022
Vətəndaş qəbulunun vaxtı dəyişdi

Vətəndaş qəbulunun vaxtı dəyişdi

11-05-2022
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017
Milli Müdafiə Universitetinə rektor təyin olunub

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə