Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018 / 15:25

Estoniyanın Tartu şəhərində VI Beynəlxalq Aqroforum keçirilir.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) Layihə nəzarəti və qiymətləndirilməsi meneceri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov təmsil edib.

Forumda “Qlobal Kənd təsərrüfatının rəqəmsal gələcəyi” mövzusunda müzakirə aparılıb. Konfransın əsas məqsədi kənd təsərrüfatının strateji inkişafının siyasi və inzibati səviyyələrdə müzakirəsi üçün Baltikyanı ölkələrin, Avrasiya Gömrük İttifaqına üzv olan ölkələrin və şərq tərəfdaşlığı proqramının üzvləri olan ölkələrin rəhbərlərini bir araya gətirməkdir.

Namiq Şalbuzov müzakirələrdə Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması və Rəqamsal Ticarət Qovşağı vasitəsi ilə kənd təsərrüfatı məhsulları ixracatçılarına müvafiq sertifikatları verilməsi məsələləri barədə ətraflı məlumat verib. Son illərdə Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransda Estoniyanın Kənd Təsərrüfatı naziri Tammo Tam, Almaniya Kənd Təsərrüfatı naziri Bernhard Polten, Ukraynanın Kənd Təsərrüfatı Siyasəti naziri Olqa Trofimtseva, Moldova Kənd Təsərrüfatı, Regional İnkişaf və Ətraf Mühit Naziri Vasile Luca iştirak edib. Forum iştirakçıları plenar iclaslarda və dəyirmi masada kənd təsərrüfatında istehsalın rəqəmsallaşması, Avropada kənd təsərrüfatının rəqəmsal transformasiyası kimi mövzuları müzakirə edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.