KOBİA sahibkarlar üçün onlayn təlim keçirəcək

26-02-2019 / 17:19

Fevralın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə idxal və ixracla məşğul olan sahibkarlar üçün “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda onlayn təlim keçiriləcək.

Xeberler.az  bildirir  ki, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

Dövlət Gömrük Komitəsinin (DGK) və Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn təlimdə DGK-nın əməkdaşları tərəfindən idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə təqdimatlar keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Yevlax, Gəncə, Qəbələ və Abşeron rayonları üzrə KOB dostları regionlarda onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlarin-nzrin-3


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.