Previous Next
Bağla

Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

18-04-2019 14:30
Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək.

Xeberler.az  məlumat verir ki, AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib ki, bu məqsədlə Agentlikdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) hazırlanıb və proqram təminatı hazırda test rejimdə fəaliyyət göstərir.

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

Müraciətə uyğun olaraq müvafiq iş axını Agentlik tərəfindən həyata keçiriləcək və sahibkarın şəxsi kabinetinə bildiriş göndəriləcək.

Gələcəkdə AQTİS bütün qida zəncirini əhatə etməklə Qida Təhlükəsizliyi Agentliyi ilə sahibkarlar arasında əməkdaşlığın sürətli inkişafında yeni innovativ həllərin tətbiqini təmin edəcək, elektron hökümətin inkişafı istiqamətində bir çox elektron xidmətlər hazırlanacaq və digər dövlət qurumları ilə məlumat mübadiləsi real rejimdə həyata keçiriləcək. Eyni zamanda idxal-ixrac proseslərinin avtomatlaşdırılması və Dövlət Gömrük Komitəsi ilə real vaxt rejimində məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu da ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, sahibkarların vaxt itkisinin qarşısını almaq və qeydiyyat, idxal-ixrac prosesini daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

13-11-2019

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

11-02-2025

Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

03-04-2019

AQTA-nın rəsmi saytında yeni bölmə istifadəyə verilib

09-01-2026

AQTİ-nin yeni saytı istifadəyə verilib

07-06-2025

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

“E-Qidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub

28-12-2024

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

25-08-2023

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

Sahibkarlıq üzrə yoxlamalar 2021-ci ilədək uzadıldı

31-10-2017

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakutel sərgisində iştirak edir

05-12-2018

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

İKTA poçt göndərişləri ilə bağlı xəbərdarlıq edib

30-04-2026

Elektron imza ilə bağlı yenilik

03-08-2017

CERT rəsmi saytlardakı problemin səbəbini açıqladı

22-02-2016

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023

Dövlət Agentliyi: Qanunsuz reklamların sayı 25 faiz artıb

12-08-2025

Gömrük də "ASAN" laşdı

19-11-2018

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə