Previous Next
Bağla

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019 14:27
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Bu gün Sumqayıtda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki,məlumata görə, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir. Hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Agentlik sədri 2019-cu il ərzində ölkənin digər şəhər və rayonlarında fəaliyyətə başlayacaq KOB dostları, eləcə də Agentliyin digər dəstək mexanizmləri barədə də danışıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özəl bölmənin inkişafı istiqamətində Sumqayıtda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da sahibkarlıq fəaliyyətinin genişlənməsində və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Sumqayıtda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd: İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək Agentliyin başlıca fəaliyyət istiqamətləridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023

Azərbaycanda “e-KOB evi” portalı yaradılır

09-08-2021

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

04-10-2024

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

14-07-2023

Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

27-04-2022

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə