Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

16-05-2019 / 10:52

“Türkiyənin “Amazon”u hesab edilən alış-veriş saytı ilə əməkdaşlıq nəticəsində Azərbaycandan olan müştərilərimiz üçün endirim kampaniyası keçirdik. Kampaniya nəticəsində 2 ay ərzində Azərbaycandan bu sayt vasitəsi ilə alış-verişlər 4 dəfəyə qədər artdı”.

Xeberler.az bildirir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda nağdsız ödənişlərin həcminin artmasında maraqlıdır və bunun üçün yatırımlarını artıracaq.

“Hazırda Azərbaycanda nağdsız ödənişlər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,5-4%-ni təşkil edir. Halbuki Türkiyədə və Avropanın bəzi ölkələrində bu nisbər 40%-ə bərabərdir. “Mastercard” informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycanda “masterpass” xidməti tətbiq etmək niyyətindədir. Bu xidmət vasitəsilə şifrələrinizi saxlaya biləcəksiniz və alış-veriş vaxtı hər dəfə onları internetdə təkrar qeyd etməyə ehtiyac olmayacaq”, – deyə E.Çakar qeyd edib


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.