Previous Next
Bağla

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018 14:19
Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan “Masterpass” platformasını təqdim edib. “Masterpass”dan istifadə edərək EPUL portalında 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

Xeberler.az  bildirir ki, “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək üçün ayrıca bir mobil tətbiq yükləməyə, istifadəçi adı və ya şifrə daxil etməyə ehtiyac yoxdur. İlk olaraq EPUL saytında (www.e-pul.az) və ya mobil tətbiqdə həsaba daxil olmaq, daha sonra isə ödəniş üsulunu seçib, kart məlumatlarını daxil etdikdən sonra “Mən kartımı “Masterpass”a əlavə etmək istəyirəm” seçimini etmək və “Ödəniş et” düyməsini basmaq gərəkdir. Bu son mərhələ ilə ödəniş başa çatır və kart “Masterpass”a əlavə edilir. EPUL saytında növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək.

Bundan başqa, “Masterpass” istifadəçiləri EPUL platfromasında ödəniş edərkən 3 AZN qənaət edə biləcəklər. Endirimdən faydalanmaq üçün “Mastercard”/”Maestro” kartlarını EPUL saytında və ya tətbiqində “Masterpass”da qeydiyyatdan keçmək lazımdır. Yalnız bundan sonra 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

“2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsinə dəstək məqsədilə innovativ rəqəmsal həllimiz olan “Masterpass”ı Azərbaycanda təqdim etməkdən məmnunuq. “Masterpass” sürətlidir, çünki hər bir ödənişdə kart məlumatınızı daxil etməyə ehtiyac qalmır, o, həmçinin, təhlükəsizdir, çünki “Mastercard”ın dünya üzrə qəbul edilmiş təhlükəsizlik standartları əsasında qurulub. İnanırıq ki, bu rəqəmsal həll bizim kart sahiblərimiz üçün faydalı olacaq və onların gündəlik həyatlarını asanlaşdırmağa kömək edəcək. Məqsədimiz innovativ qlobal həllərimizi Azərbaycanda təqdim etməklə bir dəyər yaratmaq və Azərbaycanı rəqəmsal ödənişlər sahəsində regional liderə çevirmək missiyasına öz töhfəmizi verməkdir”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019

Hesab.az-da Masterpassla bir toxunuşla ödəniş edin

19-11-2019

Hesab.az-da Masterpass kampaniyası davam edir

07-12-2019

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

Masterpass Hesab.az mobil tətbiqində

24-12-2019

Hesab.az -da Masterpass-la ödəniş qazandıracaq!

28-11-2019

Hesab.az-dan 14 AZN cashback fürsəti!

18-01-2022

Hesab.az-dan 14 AZN məbləğində cashback kampaniyası!

16-12-2021

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Hesab.az-ın CASHBACK kampaniyası uğurla sona çatdı

13-12-2022

Hesab.az-da istifadəçilər ödəniş edərək qazanırlar

15-01-2020

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Hesab.az daha bir yenilik ilə istifadəçiləri sevindirir

19-12-2019

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017

Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

16-05-2019

Hesab.az-da ödəniş edib CASHBACK qazanmaq fürsəti davam edir

29-07-2022

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə