MediaMən Layihəsinin açılış tədbiri keçirilib

09-01-2019 / 17:28

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "MediaMən” layihəsinin açılış tədbiri keçirilmişdir.

Xeberler.az  bildirir ki, tədbiri giriş sözü ilə açan Bakı Kompüter Peşə Liseyinin müəlliməsi Afaq Əliyeva layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd liseydə təhsil alan tələbələrə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Sonra Layihə rəhbəri Abbas Əliyev layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayib. Daha sonra təlimçi Amal Əsgərov "Media nədir” "Ənənəvi media anlayışı”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda öz mövzularının təqdimatını etmişdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.