Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Yeni Bloq – Yeni Media” adlı sosial media layihəsinə start verilib.
Xeberler.az bildirir ki, layihə çərçivəsində 19-27 oktyabr 2019-cu il tarixlərində Binəqədi Gənclər Evində baş tutan təlimlərdə gənclərə təcrübəli təlimçilər tərəfindən bloqqerlik fəaliyyəti barədə ilkin anlayışlar, bloqların yaradılması və təkmilləşdirilməsi, həmin platformaların üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkələrin yaradılması, eləcə də gənc sahibkarların mövcud imkanlardan yararlanması, əqli mülkiyyətin qorunması istiqamətində nəzəri və praktiki təlimlər keçirilmişdir.
Təlimlər ərzində iştirakçıların bloqqerlik üzrə təlimçi Rəşad Əliyev, tanınmış vbloqqer Nərmin Knyaz, “Azxeber.com” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov və həmin platformanın baş redaktoru Hacıbəy Heydərli kimi ekspertlərlə görüşləri təşkil edilmişdir. Bu kimi görüşlər zamanı iştirakçılarla bloq yaratmaq mövzusu ilə yanaşı, “Virtual məkanda milli maraqlarımız” və “Bloqlar vasitəsilə maddi gəlir əldə etmək” mövzularında müzakirələr aparılmışdır.
Layihənin rəhbəri, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin prezidenti Həsən Həsənlinin qeyd etdiyinə görə təlimlərin keçirilməsində məqsəd iştirakçılara yeni medianın, xüsusilə bloqların üstünlüklərini çatdırmaq, İKT-nin imkanlarından səmərəli istifadə istiqamətində nəzəri və praktiki biliklər vermək, eləcə də Bloq və VBloq xidmətlərindən daha faydalı istifadə bacarıqları aşılamaqdan ibarətdir.
Sözügedən layihə 15 noyabr 2019-cu il tarixinə qədər davam edəcək və ümumilikdə gənclərdən ibarət 500 nəfərlik auditoriyanı əhatə etməkdədir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri