Nar lotereya qaliblərini mükafatlandırdı-Foto

26-05-2017 / 17:40

Nar abunəçiləri arasında keçirilən “SMS fortuna” lotereyasının 10 qalibinə pul mükafatı və Nar-dan xüsusi hədiyyələr təqdim edilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “SMS fortuna” lotereyasının həftəlik qalibləri 350 AZN, aylıq qaliblər isə 3500 AZN-ə sahib olublar.

Qaliblər həftə ərzində SMS göndərən Nar abunəçiləri arasından təsadüfi qaydada seçilib. Göndərilən 5 SMS 1 biletə bərabər sayılır və həmin həftə ərzində keçirilən lotereyada qalib gəlmək şansı yaradır.

Ay ərzində göndərilən SMS-lər Nar abunəçilərinə həm də aylıq pul mükafatına sahib olmaq şansı verir. Beləliklə, hətta bonus SMS-lərdən istifadə edən Nar abunəçiləri göndərdikləri hər 5 SMS-lə həftəlik və aylıq lotereyada iştirak edərək pul mükafatı qazanmaq şansına sahibdirlər

Qeyd edək ki, “SMS fortuna” lotereyası 27 avqust tarixinədək davam edəcək. Lotereyaya qoşulmaq üçün *217#YES şifrəsini yığmaq kifayətdir. “SMS fortuna” lotereyası haqqında tam məlumatı smsfortuna.narzone.az səhifəsinə daxil olaraq əldə etmək olar.  

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə