“Hədiyyə yağışı” lotereyasının nəticələri açıqlandı

18-03-2016 / 15:52

Nar operatoru “Hədiyyə yağışı” lotereyasının qaliblərini mükafatlandırdı.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, mobil operator tərəfindən elan edilmiş kampaniyanın qaydalarına əsasən, öz balansını ən az 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə iPhone 6 smartfonu qazanmaq fürsəti əldə edirdilər.

Bundan əlavə, balansını ən az 5 AZN dəyərində artırmış olan abunəçilər əsas uduşu – 2016-cı ilin mart ayında oynanılan 15 000 AZN məbləğindəki pul mükafatını udmaq imkanı qazanırdılar.

Nar abunəçilərinin böyük marağına səbəb olmuş bu lotereyanın bütün qaliblərinin adları artıq bəlli oldu. Respublikanın müxtəlif guşələrindən olan ən şanslı lotereya iştirakçıları qaliblər sırasında olmanın sevincini yaşadılar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə