Nar yeni tarifini təqdim edib

11-01-2017 / 12:28

Nar yeni “3-ü 1-də aylıq” tarifini təqdim edib. 

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən, ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.

Tarifə qoşulmuş abunəçinin balansından 9 AZN çıxılır və təqdim olunmuş dəqiqə, SMS və internet trafiki bitdikdən sonra, 1 ölkədaxili zəngin  dəqiqəsi 5 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 5 qəpik təşkil edir.

 “3-ü 1-də aylıq”  tarifi çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 30 gündür. Bu müddət bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda, bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda isə, tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin  dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 29 qəpik təşkil edir.  

“3-ü 1-də aylıq”  tarifinə qoşulmaq üçün “3in1” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#61#YES şifrəsini yığmaq kifayətdir.

Nar tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür. 

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə