Naxçıvanın ucqar kənd məktəblərinə İT avadanlıqlar verilib

08-10-2016 / 12:53

 Muxtar respublikanın siyasi və sosial-iqtisadi həyatı ötən ay bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb.

Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də mühüm tədbirlər görülür. Əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində fəaliyyət ardıcıl xarakter alıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbərinin məlumatına görə, muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 19 növdə elektron, 5 növdə səyyar xidmət göstərilir. Bütün bunlar vətəndaşların komitəyə gəlmədən öz əmlakları haqqında elektron formada arayış almalarına və digər sənədləşmə işlərini həyata keçirmələrinə imkan verir. 

Məlumata görə,  muxtar respublika gəncləri ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edərək hərtərəfli təhsil alırlar. Naxçıvan şəhərində, ən ucqar dağ və sərhəd kəndlərində də şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilib.

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Təhsil islahatları isə məhz konkret ehtiyaclara uyğunlaşdırıldığı zaman fayda verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması da bu zərurətdən irəli gəlir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.