Nazir “Facebook” istifadəçilərinə müraciət etdi

12-03-2013 / 18:41
“Bütün bunlar Silahlı Qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribatdır” 
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədəki dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhd kimi qiymətləndirmiş, bütün bunların Silahlı Qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribat olduğunı diqqətə çatdırıb. 
Azərbaycan Respublikası daxili işlər nazirinin müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və mükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim edib. 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.