Previous Next
Bağla

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

29-08-2018 17:41
Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə-nin təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2013-cü il 23 oktyabr tarixli Fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunundan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) birgə müşavirə keçirilib.

Xeberler.az məlumat verir ki, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Daxili işlər naziri tədbirdə çıxış edərək qeyd olunan normativ hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabrın 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb. Ramil Usubov Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş İdrak Texnoji Transfer şirkətinin ölkə ərazisində sentyabrın 1-dən yeni sənədin verilməsi istiqamətində hazırlıq və texniki işləri uğurla başa çatdırdığını bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev həmkarının fikirlərini bölüşərək yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. Nazir bu məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkür edib.

Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdiri Tural İsgəndərov və “İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və ASAN xidmət mərkəzlərində quraşdırılıb. Texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.

Hər iki nazir görülən işlərin Azərbaycan Respublikası Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlətimizin başçısına məruzə edildiyini vurğulayıb. Ramil Usubov və Şahin Mustafayev rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025

Biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəz yenilənib

17-04-2015

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018

Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir

11-05-2015

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024

Azərbaycan vətəndaşları internet vasitəsilə şəxsiyyət vəsiqəsi ala biləcəklər

20-10-2011

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

20-06-2015

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

Şəxsiyyət vəsiqəsi ilə bağlı qanuna dəyişiklik edilib

08-12-2015

Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib

08-06-2023

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

Şəxsiyyət vəsiqələrinə tətbiq olunacaq yeni dövlət rüsumları açıqlanıb

30-11-2015

Səyyar xidmət zamanı 189 nəfər vəsiqə alıb

07-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə