Previous Next
Bağla

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013 21:59
Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?
Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir saxta profil açılıb. Bir müddət əvvəl də Ramil Usubovun adına  "Facebook" iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.
Bəs belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Publika.Az-a açıqlamasında bildirib ki, dövlət qurumlarının və məmurların adına sosial şəbəkələrdə saxta hesabların açılmaması  üçün bir neçə addım atılmalıdır: “Birinci addım olaraq maraqlı tərəflər, yəni adına saxta hesablar açılmış şəxslər adiyyatı qurumlara, məhkəmələrə ya da Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət etməlidir. Çünki Azərbaycanda internetlə bağlı məsələlərdə tədqiqat aparmaq MTN-ə tapşırılıb. Başqa bir qurum, məsələn Daxili İşlər Nazirliyi (DİN) bununla məşğul ola bilməz. Daha sonra “Facebook”un administirasiyası ilə əlaqə saxlamaq olar. Bu uzun proses olsa da, xeyri ola bilər. 
O. Gündüz bildirib ki,  məmur, hər hansı nazir adına saxta profilin açılmasını istəmirsə, özü sosial şəbəkələrdə hesab açıb cəmiyyətə təqdim etməlidir: “Dövlət qurumları öncə özləri sosial şəbəkələrdə səhifələrini açmalıdırlar. Belə olduğu halda açılan saxta profillər problem yaratmayacaq. Çünki hər kəs biləcək ki, saxta profil hansıdır, gerçəyi hansıdır”.
  
O bildirib ki, prezidentin sərəncamı ilə dövlət internet resurslarının  qorunması ilə bağlı səlahiyyəti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib. Və bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Dövlət Agentliyi yaradılıb:
“Bir qədər sonra prezidentin bunla bağlı daha bir fərmanı oldu. Ümumiyyətlə, dövlət qurumlarının internet resursları yalnız bu serverdə yerləşməlidir. Daha sonra dövlət qurumların saytını necə olması ilə bağlı standartlar qəbul olundu. Dövlət son bir-iki ildə internet resursları ilə bağlı xeyli hüququ normativ baza təkmilləşdirib”. 
Osman Gündüz Dövlət Agentliyinin fəaliyyətini izlədiyini bildirib:"Əvvəllər dövlət qurumlarını saytı ayrı-ayrı ölkələrdə və hostinqlərdə yerləşirdi. İndi isə əksər saytlar   Azərbaycandakı hostinqlərdədir. Bu birinci addımdır. Əvvəllər daha çox dövlət qurumlarının  saytı dağıdılırdı. Son zamanlar saytların dağıdılmasında azalma müşahidə olunur.  Amma bütün saytların burada olmaması problemdir. Yəni bu qurum bütün saytlara görə məsuliyyət daşısa da, sayt başqa yerdədir və onlara adiyyatı yoxdur. 
O, ikinci ciddi problem isə saytların qorunması ilə bağlı sərəncamların olmasına baxmayaraq, saytın informasiya bazasının necə formalaşması haqqında heç nə bir göstərişin verilməməsini olduğunu deyib:  “Hansısa dövlət qurumunun saytı Dövlət Agentliyinın nəzarətində olmalıdır. Saytın arxasında həm də informasiya bazası var. Saytlarla informasiya sistemi ayrıdır. Saytların qorunması ilə bağlı sərəncamlar olsa da, saytın informasiya bazasının necə formalaşması haqqında heç nə yoxdur.  
Bir neçə gün öncə Tələbə Qəbulu Komissiyasının saytına girişində problem yaranmışdı. Saytın özündə problem yox idi, problem informasiya sistemində yaranmışdı. Bu səbəbdən saytı işləmirdi. Hesab edirəm ki,  bu problemin həlli haqqında da düşünmək lazımdır”.   
Sədan, publika.az
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012
Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012
“XDMX, MTN və RİTN kimi rəsmi qurumlar baş verənlərlə bağlı açıqlama verməlidirlər

“XDMX, MTN və RİTN kimi rəsmi qurumlar baş verənlərlə bağlı açıqlama verməlidirlər

17-01-2012
Elektron hökumətlə bağlı Layihənin adi bir   internet resursu yaradılmayıb

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012
Topa-topa sənədlər hakerlərin əlinə neçə keçir? Dövlət məmurlarının və dövlət qurumlarının rəsmi elektron məktublaşması necə həyata keçirilir ?

Topa-topa sənədlər hakerlərin əlinə neçə keçir? Dövlət məmurlarının və dövlət qurumlarının rəsmi elektron məktublaşması necə həyata keçirilir ?

12-09-2013
 “Anonimus” Azərbaycandan nə oğurlayıb?

“Anonimus” Azərbaycandan nə oğurlayıb?

06-09-2013
MTRŞ-ın saytı niyə yenilənmir?

MTRŞ-ın saytı niyə yenilənmir?

21-01-2009
İctimai Şuranın facebook səhifəsi yaradılıb

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013
İnternet təhlükəsizliyi üçün yeni qurum yaradılacaq

İnternet təhlükəsizliyi üçün yeni qurum yaradılacaq

05-10-2008
«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19-01-2012
“Evrovision.az” saytına 2 milyon manat ayrılıb?

“Evrovision.az” saytına 2 milyon manat ayrılıb?

18-05-2012
Osman Gündüz: “Elektron hökumət” portalı yenidən qurulmalıdır”

Osman Gündüz: “Elektron hökumət” portalı yenidən qurulmalıdır”

19-03-2013
Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

03-12-2014
Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb

Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb

23-08-2013
Azərbaycan İnterneti və Eurovision 2012 :  uğurlar və problemlər

Azərbaycan İnterneti və Eurovision 2012 : uğurlar və problemlər

29-05-2012
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib

18-02-2011
Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

06-11-2008
 Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

16-01-2009
“Azadlıq”ın saytına nə olmuşdu?

“Azadlıq”ın saytına nə olmuşdu?

16-10-2010
Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013
 Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri  Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18-09-2014
İKT ilinə pul ayırmaq yaddan çıxıb

İKT ilinə pul ayırmaq yaddan çıxıb

02-04-2013
"Elektron hökumət" portalı istifadəçiləri sosial şəbəkələrdə digər dövlət qurumlarını geridə qoyub

"Elektron hökumət" portalı istifadəçiləri sosial şəbəkələrdə digər dövlət qurumlarını geridə qoyub

20-11-2013
Dövlət Sosial Müdafiə Fondunun portalı yeniləndi

Dövlət Sosial Müdafiə Fondunun portalı yeniləndi

30-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə