Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014 / 14:08

Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

 

"ICTnews" xəbər xidmətinin rəsmi KİV-ə istinadən verdiyi məlumata əsasən, qərar Əmlak Məsələləri Dövlət Komitəsinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verilib.

 

Qərara əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icra haqqında məlumatların verilməsi, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların qeydiyyatının ləğvi, daşınmaz əmlakla bağlı  dövlət qeydiyyatının ləğvi və sənədlərin qəbulu, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın reyestri haqqında məlumatların verilməsi üzrə elektron xidmətlər əlavə edilib.( İctnews)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.