PlayStation qurğusunun kiçildilmiş surəti buraxılacaq

20-09-2018 / 15:57

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim edib. Bu hadisənin 25 illiyi münasibətilə şirkət onun “PlayStation Classic” adlanacaq kiçildilmiş surətini buraxacaq.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.  

“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.

Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.