PlayStation 2 - ötən ilin ən populyar oyun konsolu

06-01-2009 / 10:07

Yəqin ki PlayStation 2-nin oyun konsolları arasında dünyada lider olduğunu deyərkən heç kim təəccüblənməz. Elə ən son statistikalar da bunu deyir. Nielsen Media Research araşdırma kompaniyasının məlumatlarına görə, 2008-ci ilin yanvar ayından oktyabr ayına qədər dünya oyun həvəskarları oynadıqları ümumi vaxtlarının 30.2%-ni PS2 arxasında əyləşiblər. Amma PlayStation3 bu göstəricinin heç yarısını da əldə edə bilməyib: PlayStation 2 — 30,2 %, Xbox 360 — 18,3 %, Wii — 13,5 %, Xbox — 9,1 %, PlayStation 3 — 7,7 % GameCube — 4,4 %.

Digər konsollar (həmçinin portotivlər) — 16,9 %. Bu və indiyə qədər olan statistik göstəriciləri nəzərə alsaq PlayStation2-nin artıq oyun tarixində özünə böyük bir səhifə açdığını əminliklə söyləyə bilərik.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.