PlayStation 4 yeni oyunlarla gəlir

28-10-2015 / 15:46

Ötən gün Sony Computer Entertainment Paris Games Week konfransını keçirib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, konfransda konsola çıxarılacaq oyunların yeni detalları oyun həvəskarlarına təqdim edilib.

Tədbirdə ilk təqdim olunan PlayStation Plus League Sony-in yeni eSpor addımı olaraq təqdim olunub. Bu sistemlə oyunsevərlər PlayStation 4 istifadəçiləri Onlayn/Multiplayer turnirlər, çempionlar liqası və dünya sıralaması kimi bir çox tədbirlərə qatılaraq hünərlərini sərgiləyəcəklər.

Qeyd edilir ki, eSpor tədbirlərinə həm tək, həm də komanda və qruplar olaraq qatılmaq mümkün olacaq. Bu eSpor sisteminin başlanğıc oyunları FIFA 16, PES 2016, DriveClub, Project Cars, Mortal Kombat X, Ultra Street Fighter IV və Rocket League olacaq.

Ən maraqlı məqam isə bu sistem liqalarında pul mükafatları da olacaq. Bu funksiyadan istifadə etmək üçün PlayStation Plus üzvü olmaq lazımdır.

Crytek-in oyunlarından biri olan Robinson: The Journey daha əvvəl kompüterlər üçün istifadəyə verilib. İndi isə həmin oyun Sony PlayStation 4 üçün təqdim olundu.

Oyunun satış tarixi isə hələ ki məlum deyil.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.