Radiotezliklərin tənzimlənməsi ilə bağlı toplantı keçirilib

07-06-2018 / 13:25

Bakıda RRB-nin Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyanın toplantısı keçirilir.

Xeberler.az bildirir ki, Bakı şəhərində Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyanın və onun işçi qruplarının toplantısı keçirilir.

Toplantı 8 iyun tarixinə qədər davam edəcək. 

İclasda RRB-yə üzv olan 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkmənistan) 44 mütəxəssis iştirak edir.

Bu Komissiyanın toplantısında RRB-yə üzv ölkələr arasında radio-televiziya yayımlarının, radiotezliklərin və mobil rabitə siqnallarının tənzimlənməsi üzrə  məsələlərin müzakirəsi aparılır.

İclasda 2018-ci ildə keçiriləcək Səlahiyyətli Konfransa və 2019-cu ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq məsələləri də müzakirə edilir.

Qeyd edək ki, Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiya və onun işçi qrupları yeni radiotexnologiyaların tətbiqi ilə ölkələr arasında tezliklərin koordinasiyası üçün prinsip və texniki parametrlərin müəyyənləşdirilməsini  həyata keçirir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.