Saatlıda telefon stansiyaları elektronlaşdırılır

05-05-2009 / 11:54

Saatlı şəhərində 3072 nömrə tutumu olan Mərkəzi Elektron Avtomat Telefon Stansiyası (EATS) istifadəyə verilmişdir.

Beləliklə, rayonda 11 avtomat telefon stansiyasının yenidən qurulması başa çatmışdır. Bu il rayonun daha 5 kəndində avtomat telefon stansiyasının elektronlaşdırılması, 7 kənddə isə yeni EATS-lər quraşdırılması nəzərdə tutulur.

Artıq Qazanbatan kəndində yeni EATS binasının inşasına başlanmış, Novruzlu və Yeni Novruzlu kəndlərində tikiləcək EATS-lər üçün torpaq sahələri ayrılmış və layihə-smeta sənədləri hazırlanmışdır.

Rayonda telefon stansiyalarının elektronlaşdırılmasını ilin axırınadək yekunlaşdırmaq nəzərdə tutulmuşdur. www.azertag.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə