“Aztelekom”dan yeni il ərəfəsində yeni xəbər

19-12-2008 / 13:42

  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi qarşıdan gələn bayramlar münasibətilə respublikanın müxtəlif bölgələrində yeni rabitə obyektlərini istifadəyə verəcək.
   Bayram ərəfəsində Zərdab rayonunun mərkəzində DS-200L tipli, 3008/480 tutumlu, Neftçala rayonunun mərkəzində DS-200L tipli, 4000/1470 tutumlu EATS-lər istifadəyə verilməklə hər iki rayonun mərkəzi ATS-ləri tam elektronlaşdırılacaq. Bununla da "Aztelekom" İB-nin şəbəkəsində mərkəzi ATS-ləri tam elektronlaşdırılmış TKQ-lərin sayı 48-ə çatdırılacaq.
  Bayram ərəfəsində, həmçinin, Masallı rayonunun Köhnə-Alvadı kəndində DS-200L tipli, 1536/360 tutumlu, Lənkəran rayonunun Şağlaser kəndində DS-200 tipli, 768/60 tutumlu, Tovuz rayonunun Əlimərdan və Alakol kəndlərinin hər birində DS-200 tipli, 512/60 tutumlu, Daşkəsən rayonunun Qabaqtəpə və Qaraqollar kəndlərinin hər birində DS-200 tipli, 128/30 tutumlu, Astara rayonunun Şiyəkəran və Pənsər kəndlərində müvafiq olaraq DS-200 tipli, 768/60 tutumlu və DS-200 tipli, 256/30 tutumlu, Qusar rayonunun Çiləgir kəndində DS-200 tipli, 512/60 tutumlu, İmişli rayonunun Qaradonlu kəndində DS-200 tipli, 256/30 tutumlu, Şəmkir rayonunun Qılıncbəyli kəndində DS-200 tipli, 128/30 tutumlu EATS-ləri istifadəyə veriləcək.                                                      mincom.gov.az

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə