Sosial şəbəkələrin IP-ünvanı niyə bloklanıb?

27-04-2018 / 13:51

Rusiyada VKontakte, Yandex, Twitter, Facebook və Odnoklassniki-nin IP-ünvanları ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) girişini qadağan etdiyi saytların reyestrinə daxil edilib.

Xeberler.az-ın məlumatına görə, siyahıda həmçinin Yahoo və Liveinternet-in də IP-ünvanları yer alıb. Eyni zamanda Google, Microsoft və Amazon-n da müəyyən IP-ünvanlarına giriş qadağası qoyulub.

Roskomnadzor-dan məsələyə verilən şərhdə sosial şəbəkələrin IP-ünvanlarının bloklanmasının texniki səbəblərdən olduğu bildirilib. Qeyd olunub ki, hazırda ünvanlar blokdan çıxarılıb. (Report)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.