Startap Günlərinə hazırlıqlar başa çatmaq üzrədir

20-02-2019 / 12:04

VXSİ Dövlət Agentliyi və NRYTN-in dəstəyi ilə Startap Azərbaycan tərəfindən 10 Universitetdə, o cümlədən regionlardakı Universitetlərdə və digər təhsil müəssisələrində Startap Günləri təşkil olunacaq.

Xeberler.az  bildirir ki, ilk tədbir ASAN Könüllüləri ilə keçiriləcək. Tədbirlərin yekununda isə Startap Azərbaycan Milli Konfransının keçirilməsi nəzərdə tutulub. Ötən gün Universitet nümayəndələrinin, partnyor qurumların iştirakı ilə baş tutan toplantıda Startap Günlərinə və Startap Azərbaycan Konfransına hazırlığın yekunları müzakirə olunub.

Qeyd edək ki, İNNOLAND və Bakcell şirkəti tədbirlərin əsas partnyorlarıdır. Startap Günlərinin mart , aprel və may aylarında , yekun tədbirin isə iyul ayında keçirilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə