Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018 / 17:01

Növbəti Startap Günləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BPMTT) keçiriləcək.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, tədbir iyunun 29-30-da təşkil olunacaq.

Məlumata görə, artıq Mərkəzdə hazırlıqlara başlanılıb.

Hazırlıqlar dövründə Startap Azərbaycan ekspertlərinin də iştirakı ilə tələbələrlə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək vermək, onlarda bilik və bacarıqlar formalaşdırmaqdır

İki gün davam edən tədbirlər çərçivəsində tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Startap Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının, prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
Startap Günləri Startap Azərbaycan və Peşə Təhsili üzrə Dövlət Agentliyinin BPMTT təşkilatçılığı ilə keçirilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə