Telefon borcu olanların nəzərinə

24-11-2017 / 13:44

Baktelecom-un təqdim etdiyi sabit (stasionar) telefon xidmətinin abunəçiləri cari ayın 5-dək abunə haqqını öncədən ödəmədiyi təqdirdə, ayın 6-dan etibarən xidmət birtərəfli qaydada dayandırılır.

Xeberler.az bildirir ki, bu barədə qurumun məlumatında qeyd edilib.

Məlumata görə, sonrakı bir ay ərzində ödəniş olmadığı halda, əlavə borcun yazılmaması üçün telefon şəbəkədən çıxarılır.

Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay sonra) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək, telefon xidmətini bərpa edə bilər.

Əks halda, onunla bağlanan müqaviləyə xitam verilir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.