BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

10-11-2016 / 12:19

Məlumat verdiyimiz kimi, senytabrın 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başladı.

Qeyd edildi ki, bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq.

Lakin yay mövsümünü nəzər alaraq  sentyabr və oktyabr aylarında  heç bir abunəçi xətdən ayrılmayıb.

BTRİB məsələ ilə bağlı Xeberler.az-a bildirmişdi ki, bu mərhələdə yeni sistemlə bağlı əhaliyə davamlı məlumatlar verilir.

Ona görə də sistemin tətbiqi sentyabr ayında nəzərdə tutulsa da, abunəçilərin əksəriyyətinin məlumatı olmadığı üçün, noyabrdan tətbiq etmək qərara alınıb.

Artıq  internet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq etməsi abunəçilərin borclanması problemini aradan qaldırılıb.

Bu barədə  qurumdan məlumat verilib.

Qeyd edilib ki, artıq bu aydan BTRİB abunəçiləri sms məlumatlandırma, elan zəngləri vasitəsilə göstərilən xidmətlərə görə yaranan borclar haqqında xəbərdar edilib. “Öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır.

BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə